Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan səfiri etimadnaməsini Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təqdim edib

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə təqdim edib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, etimadnamənin təqdimetmə mərasimi çərçivəsində səfir V.Quliyev ilə Ş.Caferoviç arasında qarşılıqlı şəkildə gələcək əməkdaşlıq istiqamətləri barədə söhbət aparılıb. Müzakirələr zamanı ikitərəfli əlaqələrə toxunan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşlərini və cari ilin iyun ayında ölkəmizdə keçirilmiş IX Qlobal Bakı Forumunda iştirakını məmnunluqla xatırladıb və Azərbaycan Prezidentinə salamlarını çatdırmağı xahiş edib. Ş.Caferoviç bu görüşlərdə çox səmimi və səmərəli müzakirələrin aparıldığını bildirib.

O vurğulayıb ki, Bosniya və Herseqovina Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü müdafiə etməsini və Qarabağın uğurla bərpa olunmasını dəstəkləyir. Vurğulayıb ki, ölkələrimiz arasında güclü siyasi əlaqələr ikitərəfli münasibətlərə olduqca müsbət təsir edir.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Şefik Caferoviçə çatdırıb.

V.Quliyev torpaqlarımızın işğalı zamanı və İkinci Qarabağ müharibəsi dövründə Bosniya və Herseqovinanın ölkəmizin ərazi bütövlüyünün bərpasına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Səfir ölkələrimiz arasında mövcud olan güclü siyasi əlaqələrin ümumilikdə ikitərəfli münasibətlərimizə olduqca müsbət təsir etdiyini deyib. V.Quliyev ikitərəfli və çoxtərəfli səviyyədə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib.

27 Sentyabr 2022 19:57 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə