Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə reyslərin sayı artırılır

Sentyabrın 28-dən hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə reyslərin sayı artırılacaq.

 Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Qeyd olunub ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Dəyişiklik edilən reyslərin nömrələri cədvəldə sarı rənglə işarələnib. Hərəkət cədvəlini təqdim edirik:

27 Sentyabr 2022 19:45 - TEXNİKA
TEXNİKA
7 Oktyabr 2022 | 05:41
“WiFi” 7 nədir?

Köhnə versiyamızdan xəbərləri izlə