Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda NATO kursunun açılışı olub

NATO-nun Azərbaycanda keçirilən "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursu (OCC E&F Database Training Course) sentyabrın 30-na kimi davam edəcək.

27 Sentyabr 2022 19:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə