Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib, şəhidlərin məzarları və ailələri ziyarət olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçularının məzarlarını və ailə üzvlərini ziyarət ediblər.

Əvvəlcə şəhidlərin məzarlərı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra mərd oğullarımızın ailə üzvlərinin yaşadıqları evlərdə qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Həmçinin 27 sentyabr - Anım Günü ilə əlaqədar rayon ərazisində təşkil olunan ağacəkmə aksiyasında polis şöbəsinin şəxsi heyəti də fəal iştirak edib. Yeni əkilən tinglər suvarılıb və mühafizəsi üçün qoruyucu dirəklər basdırılıb.

27 Sentyabr 2022 19:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə