Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sentyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sentyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödəyib.

Nazirlikdən verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə sentyabr ayının sosial ödənişləri bu gün yekunlaşıb.

27 Sentyabr 2022 18:30 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə