Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anım Günü ilə əlaqədar Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə bildirilib ki, sentyabrın 27-də saat 12:00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

27 Sentyabr 2022 15:23 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə