Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 370      Bakı şəhəri, 24 sentyabr 2022-ci il

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriya­lar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü” bu Qərarın 1, 2, 3 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

26 Sentyabr 2022 23:59 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə