Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 367 Bakı şəhəri, 21 sentyabr 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli, “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət veril­miş həcmi”nin təsdiq edilməsi barədə” 2014-cü il 22 aprel tarixli 108 nömrəli, “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 20 avqust tarixli 287 nömrəli, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxu­cu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haq­qında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dis­panserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubli­kasının 2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Pre­zidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarix­li 373 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1426 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457; 2015, № 12, maddə 1584; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 514, № 7, maddə 1318; 2020, № 11, maddə 1410; 2021, № 3, maddə 273, № 10, maddə 1163; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 268 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bənddə “sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin;

1.2. 2.2-ci bənd üzrə:

1.2.1. birinci abzasda “Sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərdə “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin;

1.2.3. 2.2.1.1-ci və 2.2.2.1-ci yarımbəndlərdə “Sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2014, № 4, maddə 452; 2017, № 4, maddə 631; 2019, № 3, maddə 514, № 5, maddə 951) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesa­bına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 1.2-ci, 2.2-ci və 3.2-ci bəndlərində “Sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin.

3. “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçı­ları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2015, № 8, maddə 972; 2016, № 11, maddə 1976; 2017, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1313, № 11, maddə 1402; 2021, № 3, maddə 281) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adından və 1-ci hissədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın;

3.2. həmin Qərarla təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası” üzrə:

3.2.1. adından və 1.1-ci bənddən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın;

3.2.2. 1.3.3-cü yarımbənd ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II ki­tab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633, № 10, maddə 1269, № 11, maddə 1411; 2021, № 3, maddələr 281, 287, 289, № 4, maddə 404, № 5, maddə 525, № 9, maddə 1080, № 10, maddə 1163; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 284 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.2. 2.1.2-ci yarımbənddən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın;

4.3. 3.1-1-ci bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.4. 3.2-ci bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin;

4.5. 4.7-ci bənddə “əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə müayinə aktından çıxarışı” sözləri “əlilliyin müəyyən olunması barədə qərarı” sözləri ilə əvəz edilsin;

4.6. 7.13.1-ci yarımbənddə “, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, habelə övladlığa gö­türülmüş sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “görə, əlilliyə görə, övladlığa götürülmüş 18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.7. həmin Qaydalara 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı” üzrə:

4.7.1. 2.2-ci bənddə və 2.2.1-ci yarımbənddə “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.7.2. 2.5-ci bənddən “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri çıxarılsın;

4.7.3. 2.14.3-cü yarımbənddə “sağlamlıq imkan­larının məhdudlu-ğunun” sözləri “əlilliyinin” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795, № 12 (II kitab), maddə 2730; 2019, № 1, maddə 165, № 3, maddə 532, № 7, maddələr 1318, 1334; 2020, № 10, maddə 1269, № 11, maddə 1389; 2021, № 3, maddə 281; Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2022-ci il 4 aprel tarixli 132 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olun­ması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.2.2-ci yarımbənddə “birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “orqaniz­min funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış” sözləri ilə əvəz edilsin;

5.2. 3.6.1-ci yarımbənddən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın;

5.3. 5.22-ci bənddə “sağlamlıq imkanları məhdud və ya I və II dərəcə əlilliyi olan şəxs” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulma­sına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

26 Sentyabr 2022 23:56 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə