Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

19 yaşlı çempion: “Medalımı şəhid və qazilərimizə həsr edirəm”

Avqustda oxuduğum bu xəbəri büküb götürdüm ki, məhz Anım Günü paylaşım

Ötən ay Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, yunan-Roma güləşçisi Həsrət Cəfərovun mətbuat təmsilçilərinə dediyi bu fikir məni çox qürurlandırmışdı. Çünki şahidlərin şəhidlərə ehtiramı həmişə alqışlarla qarşılanır.

Xatırladım ki, 67 kiloqram çəki dərəcəsində hamıdan güclü olan 19 yaşlı idmançımız finalda Asiya Oyunlarının və Asiya çempionatının bürünc mükafatçısı Amantur İsmayılovu 3:1 hesabı ilə məğlub etmişdi.

“Şükür Allaha da bunu etdim” – deyən idmançımız əlavə etmişdi: “Qələbəmi Vətən müharibəsi şəhidlərinə və qazilərimizə həsr edirəm”.

Eşq olsun şəhidlərimizə də, qazilərimizə də, onlara ehtiramla yanaşan gənclərimizə də.

İttifaq MİRZƏBƏYLİ,

“xalq qəzeti”

27 Sentyabr 2022 00:00 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər
2 Dekabr 2022 | 00:36
Reytinq dəyişməyib
2 Dekabr 2022 | 00:33
“Xarı bülbül Şuşa”

Köhnə versiyamızdan xəbərləri izlə