Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya parlamentinə seçkilərdə sağ mərkəzçi koalisiya qalib gəlib

İtaliyada keçirilmiş növbədənkənar parlament seçkilərində sağ mərkəzçi koalisiya qalib gəlib. Corc Meloninin “İtaliya qardaşları”, Matteo Salvinin “Liqa”, Silvio Berluskoninin “İrəli” partiyalarının daxil oldu­ğu koalisiya 44,5 faiz, Demokratik Partiyadan ibarət sol mərkəzçilər isə 26,5 faiz səs toplayıblar. Məlumatı “İzvestiya.ru” verib.

Koalisiyanın daxili razılaşmasına əsasən, ən çox səs toplayan partiya ölkənin gələcək baş na­zirinin namizədliyini irəli sürəcək. Odur ki, İtaliyada sağçı koalisiyanın 11 ildən sonra yenidən hakimiyyətə gələcəyi, parlamentin aşağı və yuxarı palatalarında hökumət qurmaq üçün çox­luğu əldə edəcəyi və “İtaliya Qardaşları” Partiyasının lideri Giorgia Meloninin ölkənin ilk qadın Baş naziri olacağı gözlənilir.

Qeyd edək ki, İtaliyada İkinci Dünya müharibəsindən bəri ilk dəfə seçkilərdə ifrat sağçı partiya birinci yeri tuta bilir. Bu seçki ilə İtaliya parla­mentinin strukturu da dəyişib. Belə ki, parlamentdəki yerlərin sayı 945-dən 600-ə endirilir. Senata 200 senator, Nümayəndələr Palatasına isə 400 deputat seçiləcək.

Avropa Parlamentində narahatdırlar ki, seçkilərdə qalib gəlmiş Corc Meloni baş nazir olandan sonra ABŞ-ın sabiq prezidenti Donald Tramp və Macarıstanın hazırkı Baş naziri Viktor Orbandan nümunə götürə bilər. Belə bir bəyanatla Almaniyanın “Welt” qəzetinə müsahibəsində Avropa Parlamentinin sədr müavini Katrina Barli çıxış edib.

Barli bildirib: “Corc Meloni baş nazir olacaq, onun oxşamaq istədiyi siyasi nümunələr Viktor Orban və Donald Trampdır. Ona görə də İtaliya seçkilərində sağ mərkəzçilərin qalib gəlməsi narahatlıq doğurur”.

“Welt”, eyni zamanda, Av­ropa Parlamentinin deputatı, Avropa Yaşıllar Partiyasının həmsədri Tomas Vaytsın fikirlərini dərc edib. Vaytsın sözlərinə görə, Meloni “Avro­pa üçün fəlakət ola bilər”.

O əlavə edib ki, Avropa İttifaqında hamı yekdil ol­malıdır: “Əgər Aİ-nin üçüncü böyük iqtisadiyyatına malik olan İtaliya post faşist və ultrasağçıların koalisiyasının idarəçiliyinə keçəcəksə, o zaman ittifaqın əsasları və ümumi dəyərləri təhlükə altına düşəcək.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

26 Sentyabr 2022 23:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə