Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Cənubi Koreya birgə dəniz təliminə başlayıblar

ABŞ hökuməti Çinin son illər artan hərbi gücünün qarşısını almaq üçün hər vəchlə Sakit okean regionunda hərbi mövcudluğunu gücləndirməyə çalışır. Görünən budur ki, Pentaqon yaxın müttəfiqləri Yaponiya və Cənubi Koreyanın müdafiə qabiliyyətini yüksəltmək üçün konkret addımlar atır.

Dünən Cənubi Koreya və ABŞ birlikdə Koreya yarıma­dası yaxınlığında son beş ildə ilk dəfə dördgünlük birgə dəniz təliminə başlayıblar. Təlimlərə hər iki tərəfdən xeyli müasir texnika və canlı qüvvə cəlb olunub. Bu barədə “Yonhap” məlumat yayıb.

Xəbərdə qeyd olu­nur ki, təlimlərdə “Ronald Reyqan” aviadaşıyıcısının başçılıq etdiyi ABŞ zərbə təyyarədaşıyan qrupu iştirak edir. Bura həmçinin raket kreyseri “Chancellorsville” və “Barry” eskadra gəmisi daxildir. Təlimlərdə ABŞ-ın “Annapolis” sualtı nüvə gəmisinin də iştirakı plan­laşdırılır. Burada həmçinin gəmi əleyhinə və sualtı qayıqlara qarşı əməliyyatlar, taktiki manevrlər və digər hərəkətlər həyata keçiriləcək.

Agentlik qeyd edib ki, təlim rəsmi Seul ilə Va­şinqtonun təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsi fonunda baş­layıb: “Təlimlərə Pxenyanın (Şimali Koreya–müəllif) nüvə sınağı və ya sualtı qayıqdan ballistik raket buraxılışı kimi təxribat xarakterli hərəkətlərə yol verə biləcəyinə dair davamlı fərziyyələr fonunda start götürüb”.

Bir çox siyasi təhlilçilər qeyd edirlər ki, sözügedən hərbi dəniz təlimi təkcə Çin təhlükəsinə qarşı deyil, həm də Şimali Koreyadan qay­naqlanan təhlükələrə qarşı yönəlib. Belə ki, Şimali Ko­reya regionda çoxdandır ki, qonşularını, xüsusilə Cənubi Koreyanı nüvə hücumu ilə təhdid edir.

M.HACIXANLI,

“Xalq qəzeti”

26 Sentyabr 2022 23:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:21
100 milyard dollar ziyan
25 Noyabr 2022 | 03:22
BMT-də Ukrayna müzakirəsi
25 Noyabr 2022 | 02:47
Süni ətin satışına icazə

Köhnə versiyamızdan xəbərləri izlə