Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarif Şurası: "Sərnişindaşımada qiymət siyasətinə yenidən baxılması ilə bağlı təkliflər hazırlanacaq"

Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətlərinin ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə qiymət siyasətinə yenidən baxılması müraciəti ilə bağlı təkliflər hazırlanacaq.

Bu barədə Tarif Şurasından məlumat verilib.

Bildirilib ki, müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.

26 Sentyabr 2022 20:21 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə