Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı infoturların təşkili nəzərdə tutulur

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı infoturların və turizimlə bağlı birgə tədbirlərin təşkili, B2B (biznesdən-biznesə) görüşlərin keçirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi nəzərdə tutulub.

 Bu barədə Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Dövlət Turizm Agentliyinin rəhbər şəxləri ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüşdə müzakirə aparılıb.

Müzakirələrdə turizm sahəsində əməkdaşlığın təşviqi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri də olub.

Görüşdə çıxış edən Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Türkiyə ilə əməkdaşlığın Azərbaycanın turizm bazarı üçün böyük əhəmiyyət kəsb etdiyini, iki ölkənin turizm təşkilatları arasında birgə turizm fəaliyyətinin qurulmasının vacib amil olduğunu bildirib. Assosiasiya sədri daxili turizmin inkişafı və ölkəyə gələn turistlərin sayının artırılması baxımından Türkiyə ilə təcrübə mübadiləsinin aparılmasının gələcək illərdə turizm sektoru üçün müsbət nəticələr verəcəyini deyib.

Azərbaycan və Türkiyə arasında turizm sahəsinin inkişafına dair fəaliyyət planına uyğun olaraq birgə işlərin aparıldığını deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Agentliyin ikitərəfli əməkdaşlıq çərçivəsində həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə təşkil olunan turist səfərlərinin sayının artırılmasında maraqlı olduğunu qeyd edib.

26 Sentyabr 2022 19:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə