Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mikrobiologiya İnstitutunda şəhidlərimizin xatirəsi anılıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbiri Mikrobiologiya İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu qeyd edib.

P.Muradov tədbir iştirakçılarına Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb. 30 ilə yaxın müddətdə işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.

Sonda institutun əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə gül düzüblər.

26 Sentyabr 2022 16:56 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə