Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin 8 ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə ümumilikdə 55 milyon manata yaxın vəsait daxil olub

Ölkəmizdə özəlləşdirmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçidi, bu sahədə onlayn xidmətlərin tətbiqi, özəlləşməyə çıxarılan dövlət əmlaklarının müxtəlifliyi investorların, alıcıların cəlb edilməsinə istiqamətlənib.
Bu barədə "Xalq qəzeti"nə Əmlak Məsələləri Dövlət Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bu sahədə aparılan işlərin davamı olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-avqust ayları ərzində 45 hərrac keçirib. Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-avqust ayları ərzində hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib.

Bu ilin 8 ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə 38,2 milyon manata yaxın vəsait daxil olub.

Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, bu ilin 8 ayı ərzində ümumilikdə 2.847 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 586-sı qeyri-yaşayış sahələri üzrə, 2.261-i isə torpaq sahələrinə dair olub. Bağlanmış icarə müqavilələrinin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,8 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 16,8 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən 55 milyon manata yaxın vəsait büdcəyə ödənilib.

26 Sentyabr 2022 17:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb
2 Dekabr 2022 | 09:42
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə