Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirin nüfuzlu “Əl Əhram” qəzeti Azərbaycanın sülh çağırışlarından yazıb

Azərbaycan etnik, dini və ya hər hansı digər mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməklə, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Misirin nüfuzlu “Əl Əhram” qəzeti bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 77-ci sessiyasının tribunasından səsləndirdiyini yazıb. Misirli oxucuların diqqətinə çatdırılıb ki, azərbaycanlı nazir Azərbaycan gərginliyin mövcudluğunda maraqlı olmadığını vurğulayıb. O əlavə edib ki, son hərbi əməliyyatlar münaqişədən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib. “Biz arzu edərdik ki, Ermənistanın indiki rəhbərliyi öz sələflərinin regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini bir daha qəsdən bağlamaq yolu ilə getməsin”, -deyə C.Bayramov vurğulayıb.

Məqalədə qeyd olunub ki, nazir C.Bayramov Ermənistan baş nazirinin sessiyadakı bəyanatının erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirməyə niyyətli olduğunu nümayiş etdirən növbəti bir sübut olduğunu söyləyib. O bildirib ki, Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir və Ermənistanın nəhayət ki, konstruktiv şəkildə qarşılıq verəcəyinə, danışıqlara səmimi şəkildə qoşulacağına ümid edir.

26 Sentyabr 2022 15:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə