Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın hava proqnozu

Azərbaycanda sentyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19°, gündüz 22-26° isti, Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 25-30° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacaq.

26 Sentyabr 2022 15:18 - EKOLOGİYA
EKOLOGİYA
4 Dekabr 2022 | 07:43
Hava proqnozu
3 Dekabr 2022 | 06:50
Hava proqnozu
2 Dekabr 2022 | 00:10
Hava proqnozu
30 Noyabr 2022 | 23:27
Hava proqnozu
30 Noyabr 2022 | 17:14
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə