Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU əməkdaşları Avstriyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və Azərbaycan –Avstriya Turizm proqramının (AATP) koordinatoru Aytac Babayeva Avstriya Respublikasının Azərbaycana yeni təyin edilən fövqaladə və səlahiyyətli  səfiri cənab Tomas Şuller – Hötzburq tərəfindən qəbul edilib.

ATMU əməkdaşlarına vaxt ayırdığına görə təşəkkürünü bildirən O.Musa AATP proqramından yararlanan universitet tələbələrinin uğurlu karyeraya sahibləndiklərini diqqətə çatdırıb. Universitet tələbələrindən 278 nəfərin eyni zamanda AATP proqramından da məzun olduğunu, 50- dən çox tələbənin isə hazırda bakalvr pilləsində təhsil aldığını deyib.

Söhbət əsnasında   ATMU və  Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında tərəfdaşlıq əlaqələrinin bundan sonrada davam etdiriləcəyinə əminlik ifadə olunub. ATMU- da cənab səfir Tomas Şuller – Hötzburqun AATP proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşü nəzərdə tutulub.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

26 Sentyabr 2022 14:57 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə