Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Siyəzən rayonunda keçiriləcək

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İB-dən "Xalq qəzeti"nə bildirilib ki, “Azəriqaz”ın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Siyəzən rayonunda görüşü təşkil olunacaq.

Aksiya Siyəzən şəhəri, Heydər Əliyev prospekti, Mərkəzi Kitabxananın qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 28-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

26 Sentyabr 2022 14:44 - CƏMİYYƏT
CƏMİYYƏT
4 Dekabr 2022 | 07:53
İlğım...

Köhnə versiyamızdan xəbərləri izlə