Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-nin sədr müavini Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 28 sentyabr 2022-ci il tarixində Masallı  şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Xalq qəzeti"nə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbul saat 10:00-dan başlayaraq Masallı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Masallı və Yardımlı Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

26 Sentyabr 2022 16:34 - CƏMİYYƏT
CƏMİYYƏT
4 Dekabr 2022 | 07:53
İlğım...

Köhnə versiyamızdan xəbərləri izlə