Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvanda yeniyetmələr arasında cüdo üzrə region birinciliyi keçirilib

Şirvan şəhərində yeniyetmələr (U-18) arasında cüdo üzrə region birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından "Xalq qəzeti"nə bildiriblər ki, Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Yarışda cənub regionunu təmsil edən 9 komandadan 51 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında Elmar Əlizadə (46 kq), Röyal Dadaşov (50 kq), Kamran Mustafayev (55 kq), Elvin Hüseynov (60 kq), Nicat Süleymanov (66 kq), Əliqismət Məmmədov (73 kq), Nicat İbrahimli (81 kq), qızlar arasında isə Gülçin Nəsirova (48 kq) birinci yeri tutublar.

Yarışın mükafatçıları Bakı şəhərində keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanıblar.

26 Sentyabr 2022 10:04 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər
2 Dekabr 2022 | 00:36
Reytinq dəyişməyib
2 Dekabr 2022 | 00:33
“Xarı bülbül Şuşa”
30 Noyabr 2022 | 23:58
Güclülər müəyyənləşdi

Köhnə versiyamızdan xəbərləri izlə