Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bloomberg”: Avropa İttifaqının enerji sistemini yenidən təşkil etmək planı regiona 565 milyard avroya başa gələcək

Avropa İttifaqının (Aİ) “yaşıl” enerjiyə keçid və Rusiya yanacağından imtina üçün Avropanın enerji sisteminin yenidən təşkili planı onilliyin sonuna qədər 565 milyard avro tələb edəcək. Bu barədə “Bloomberg” Avropa Komissiyasının hazırladığı sənəd layihəsinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, yenidən təşkilin əsas prinsipi sənayenin rəqəmsallaşdırılması, yəni 2024-cü ildən Aİ-də elektrik enerjisindən istifadəyə dair məlumatların mübadiləsidir. Belə bir qərar re­gionda enerji bazarının çevikliyini artıra bilər.

Agentlik əlavə edib ki, 2027-ci ildən bütün kommersiya və ictimai binalarda Günəş panellərinin quraşdırılması, 2029-cu ildə isə yeni yaşayış binalarında da eyni addımın atılması planlaşdırılır. Həmçinin 2027-ci ilə qədər 10 milyon istilik nasosu quraşdırılmalı, 2030-cu ilə qədər isə atmosferə sıfır tullantı buraxan avtomobillərin sayı 30 milyona çatdı­rılmalıdır.

Avropa Komissiyası müvafiq sənədi sent­yabrın 28-də ictimaiyyətə açıqlamağı nəzərdə tutur.

“Xalq qəzeti”

25 Sentyabr 2022 01:33 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə