Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Azərbaycana etibarlı və strateji enerji tərəfdaşı kimi baxır

Avropa Komissiyası bildirib ki, mövcud geosiyasi kontekstdə biz REPowerEU planının prioritetlərinə uyğun olaraq, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sektorunda dayanıqlı əlaqələri və əməkdaşlığı rəqabətqabiliyyətli, şaxələndirilmiş və təhlükəsiz qaz tədarükünə töhfə verən mühüm amil kimi görürük.

Avropa Komissiyasından verilən məlumatda deyilir: “Enerji sahəsində əməkdaşlığın müsbət təcrübəsinə və həlledici məqamda Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün uğurla başlanmasına əsaslanaraq, Avropa İttifaqı Azərbaycana eti­barlı və strateji enerji ticarəti tərəfdaşı kimi ba­xır. Biz həmçinin enerji sahəsində əməkdaşlığa dair yeni Anlaşma Memorandumunu da enerji daşıyıcılarının tədarüklərinin şaxələndirilməsinə və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə enerji təhlükəsizliyimizin möhkəmləndirilməsinə mühüm töhfə kimi nəzərdən keçiririk”.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə başlanılıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa ba­zarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirib. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yuna­nıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz nəql edir.

“Xalq qəzeti”

25 Sentyabr 2022 01:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə