Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 365     Bakı şəhəri, 21 sentyabr 2022-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida nor­malarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 28 fevral tarixli 27 nömrəli, “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömür­lük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2001-ci il 15 sentyabr tarix­li 149 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli və “Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qayda­larının təsdiq edilməsi haqqında” 2002-ci il 26 noyabr tarixli 187 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiya­sı haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Res­publikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respub­likası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti­nin 2021-ci il 16 avqust tarixli 1426 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “və əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərara 4 nömrəli əlavə - “Azərbaycan Res­publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşların qida normaları” üzrə:

1.2.1. adında “, əlilliyi olan şəxslər, o cümlədən sağ­lamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “və əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

1.2.2. cədvəldən sonrakı mətnin ikinci abzasında “o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq­ların” sözləri (birinci halda) “habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin və həmin abzasdan “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri (ikinci halda) çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; 2019, № 4, maddə 781, № 7, maddə 1319; 2020, № 4, maddə 480, № 9, maddə 1232, № 10, maddə 1273; 2021, № 3, maddə 275, № 7, maddə 875, № 9, maddə 1060, № 10, maddələr 1164, 1192, 1195) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 16-cı hissənin üçüncü və dördüncü abzaslarında “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

2.2. 21-ci hissənin ikinci və üçüncü abzaslarında “əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 123; 2005, № 11, maddə 1061; 2006, № 9, maddə 822; 2008, № 2, maddələr 116, 130, № 5, maddə 430; 2010, № 3, maddə 264; 2011, № 5, maddə 449; 2013, № 6, maddə 723; 2015, № 7, maddə 901; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 3, maddə 512; 2021, № 10, maddə 1199) ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na 1 nömrəli əlavənin (İZ forması) 14.4-cü bəndində “I, II, III dərəcə” sözləri “orqanizmin funksiyalarının 31-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 629; 2002, № 10, maddə 635; 2006, № 10, maddə 902; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857; 2019, № 3, maddə 513, № 9, maddə 1558) ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıq­dan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.7-ci bəndin ikinci abzasının ikinci cümləsində “1-ci, 2-ci dərəcə əlilliyi olan” sözləri “orqanizmin funk­siyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.2. 5.2-ci bəndin birinci cümləsində “1-ci, 2-ci dərəcə əlilliyi olan” sözləri “Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə, “3-cü dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 315; 2005, № 3, maddə 255; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2017, № 4, maddə 629, № 10, maddə 1910, № 12 (II kitab), maddə 2518; 2018, № 5, maddə 1150, № 11, maddə 2458; 2020, № 2, maddə 216, № 10, maddə 1300; 2021, № 9, maddə 1085; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 aprel tarixli 157 nömrəli və 19 aprel tarixli 166 nömrəli qərarları) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin 51-ci hissəsində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 689; 2006, № 5, maddə 463; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydaları”nın II hissəsinin dör­düncü abzasının üçüncü cümləsində “Sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

24 Sentyabr 2022 23:09 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə