Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sloveniya Azərbaycanla minasızlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsini istəyir

Sloveniyanın xarici işlər naziri Tanja Fajon bildirib ki, Azərbaycanla minasızlaşdırma sahəsində əməkdaşlıq genişləndirilməlidir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu barədə Sloveniyanın xarici işlər naziri Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

İkitərəfli siyasi və iqtisadi əməkdaşlığın əhəmiyyətli rol oynadığını deyən nazir, iqtisadi fəaliyyət, investisiya qoyuluşu, turizm və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib.

Nazir görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, post-münaqişə dövründə Ermənistanın təxribatları, bölgədəki genişmiqyaslı mina təhdidləri barədə məlumat verib.

Azərbaycanla Sloveniya arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Sloveniya xarici işlər naziri iqtisadi və energetika sahəsində əlaqələrin genişləndirilməsi üçün marağın olduğunu bildirib. Nazir Sloveniyanın minasızlaşdırma sahəsində Azərbaycanla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, bölgəmizdə yaranmış gərginliyə görə narahatlığını diqqətə çatdırıb və problemlərin siyasi-diplomatik müstəvidə həllinin zəruri olduğunu qeyd edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb, bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

24 Sentyabr 2022 22:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə