Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 885 vaksin vurulub.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 422, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 66 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 885 828 təşkil edir.

24 Sentyabr 2022 19:55 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə