Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil tələbə krediti almaq üçün müraciət edənlərin sayı açıqlanıb

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan  verilən məlumata görə, bu günə qədər 4214 nəfər TTK almaq üçün müraciət edib.

Onlardan 1060 nəfərin müraciəti natamam olub. 661 nəfərin müraciəti emal mərhələsindədir. Həmçinin 351 nəfərin müraciətinə imtina cavabı verilib, 381 nəfərin müraciəti isə banka yönləndirilib.

2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 1761 nəfərə TTK verilib. Onlar arasından 592 nəfərin müraciəti sosial TTK, 1169 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

24 Sentyabr 2022 18:34 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə