Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 6-da Latviyanın paytaxtı Riqada start götürəcək Olimpiya çəkiləri üzrə Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Federasiyadan  verilən məlumata görə, 2 gün davam edəcək yarışda yığmanın 6 üzvü mübarizə aparacaq.

Azərbaycanı qitə çempionatında baş məşqçi Məmməd Abdullayevin rəhərliyi altında Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) təmsil edəcəklər.

Milli komanda artıq turnirin hazırlığına başlayıb. Federasiyanın idman zalında təşkil olunan təlim-məşq toplanışı oktyabrın 3-də başa çatacaq. Komanda Riqaya oktyabrın 4-də yollanacaq.

24 Sentyabr 2022 19:09 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə