Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rezidenturaya əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı davam edir

Ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, qəbul olan namizədlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat prosesi sentyabrın 26-sı saat 23:59-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

24 Sentyabr 2022 17:41 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə