Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşaya həsr olunan beynəlxalq konfransda seksiya iclasları keçirilib

AMEA-nın təşkilatçılığı ilə “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfrans sentyabrın 23-də işini onlayn formatda paralel seksiya iclasları üzrə davam etdirib.

Akademiyadan verilən məlumata görə, paralel seksiya iclasları “Qarabağın ekosistemləri, flora, fauna, mikobiota müxtəlifliyi, dərman əhəmiyyətli bioresursları, onların bərpa, mühafizə və səmərəli istifadə məsələləri”, “Qorunan ərazilər, qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri”, “Genetik ehtiyatlar, akvamüxtəliflik və akvakulturanın inkişaf perspektivləri. Ərzaq təhlükəsizliyi məsələləri”, “İşğaldan azad edilmiş ərazilərdə su və torpaq ehtiyatlarının bərpası, səmərəli istifadəsi, kənd təsərrüfatı tədqiqatları” və “Biotəhlükəsizlik, herontoloji tədqiqatlar, ekoturizm, yaşıl iqtisadiyyat” istiqamətlərini əhatə edib.

Məruzə və çıxışlarda Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağ ərazisinin ən müxtəlif problemlərinin araşdırılması ilə bağlı aparılmış elmi tədqiqatlardan, ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi üçün həyata keçirilmiş monitorinqlərdən, eləcə də bu bölgənin biomüxtəlifliyinin bərpası istiqamətində görüləcək işlərdən bəhs edilib.

23 Sentyabr 2022 19:44 - ELM
ELM
5 Noyabr 2022 | 02:11
12 yaşlı “Eynşteyn”

Köhnə versiyamızdan xəbərləri izlə