Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəran xəbərləri

LDU-nun yeni korpusu açıldı

Mərasimdə Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov bildirib ki, yeni korpus 85 otaqdan ibarətdir və bir növbədə 1200 tələbənin təhsil alması üçün burada hər cür şərait yaradılıb.

Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris korpusunın tikintisini yüksək dəyərləndirib və bunun tələbələrə stimul olduğunu qeyd edib. Nazir müəllim və tələbələrə tövsiyələrini çatdırıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədris ilinin başlanması və yeni korpusun istifadəyə verilməsi münasibətilə universitetin kollektivini təbrik edib və uğurlar arzulayıb. Millət vəkili Rüfət Quliyev tələbələri yüksək təhsilə yiyələnməyə və Vətənə sədaqətlə xidmət etməyə, bacarıqlı mütəxəssis kimi yetişməyə çağırıb.

Daha sonra qonaqlar yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.

Xatirə kitabının birinci cildi təqdim olunub

Mədəniyyət Nazirliyi Xatirə Kitabı redaksi­yası Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün- Tarixi Zəfər” adlı üçcildliyinin (“A-Ə” hərfləri üzrə) birinci cildinin təqdimat mərasimi keçirilib.

Mərasimə Lənkəran, Astara və Lerik rayonlarından olan şəhid ailələri dəvət edilib. Mədəniyyət Nazirliyi Xatirə Kitabı redaksiyası­nın baş redaktoru Nəzakət Məmmədova “44 gün- Tarixi Zəfər” üçcildliyinin birinci cildi barədə ətraflı məlumat verib. Sonra şair-publisist Rəfael Tağızadə və şəhid ailələrinin üzvləri çıxış edərək Xatirə Kitabı redaksiyasının yeni uğuru­nu dəyərləndiriblər. Tədbirdə iştirak edən bütün şəhid ailələrinə kitabın nüsxələri hədiyyə edilib.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

23 Sentyabr 2022 01:49 - CƏMİYYƏT
CƏMİYYƏT
1 Oktyabr 2022 | 14:16
DSX-nin aylıq hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə