Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa sakinləri ölkənin enerji böhranına hazırlığını qiymətləndiriblər

Polşa sakinlərinin 70 faizindən çoxu hesab edir ki, onların ölkəsi mümkün enerji böhranına zəif hazırdır. Bunu Pollster İnstitutunun “Super Express” nəşri üçün 1075 nəfər arasında keçirdi­yi sorğunun nəticələri sübut edir.

Məlumatlara görə, Polşanın enerji böhranına nə dərəcədə hazır olduğu sualına respondentlərin 71 faizi “pis”, 26 faizi “yaxşı” variantı seçib,13 faizi cavab verməkdə çətinlik çəkib.

Araşdırma müəlliflərinin qeyd etdiyi kimi, ölkədə kömür qıtlığı var və xaricdən gətirilən yanacaq keyfiyyətsizdir.

“Qışda qaz qıtlığının olub-olmayacağı bilinmir, çünki hökumət bu yanacağın Baltik boru kəməri ilə tədarükü ilə bağlı müqavilələri hələ bağlamamışdır. Bundan əlavə, yanvarda elektrik enerjisinə görə ödənişlər artacaq”,− deyə sorğunun nəticələrində qeyd olunur.

Analitiklər hesab edirlər ki, belə bir vəziyyət hakim PİS partiyasının reytinqinə mənfi təsir göstərə bilər.

Polşa bu ilin aprelində Avropa sanksiyaları çərçivəsində Rusiyadan kömür idxalına embarqo qoyub. Qadağa həm dövlət, həm də özəl şirkətlərə şamil edilir. Nəticədə ölkə bu enerji resursunun çatışmazlığı və onun maya dəyərinin kəskin artması ilə üzləşib.

“Xalq qəzeti”

23 Sentyabr 2022 01:05 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə