Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniya ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı vəsait ayıracaq

İspaniyanın baş naziri Pedro Sançes ərzaq təhlükəsizliyinin təmin olunması üçün 230 milyon avrodan çox vəsaitin ayrılacağını açıqlayıb.

Bu ölkənin baş naziri vurğulayıb ki, ərzaq təhlükəsizliyi hökumət üçün prioritet məsələdir, lakin hələ çox işlər görülməlidir. Bu səbəbdən İspaniya səylərini ikiqat artırmaq üçün 151,5 milyon avro ayıra­caq. Bildirilir ki, müxtəlif layihələrin həyata keçirilməsi üçün İspaniya Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyinə yardım etmək üçün fonddan daha 85 milyon avro kredit ayırmaq niyyətindədir.

Baş nazirin sözlərinə görə, sülh uğrun­da mübarizə getdiyi bir vaxtda insanların ən həssas kateqoriyalarını qorumaq üçün konkret tədbirlər görülməlidir.

P.Sançes kənd təsərrüfatı məhsullarının, o cümlədən, gübrələrin ticarətində çətinliklərin aradan qaldırılmasına çağırıb. “Əgər fermerlər lazımi vaxtda gübrə alma­salar, zəif məhsuldarlıq vəziyyəti daha da pisləşdirməyə davam edəcək. Nə qədər ki, aclıq var, sülh olmayacaq, sülh olma­sa, aclıq davam edəcək”, − deyə İspaniya hökumətinin başçısı xəbərdarlıq edib.

“Xalq qəzeti”

23 Sentyabr 2022 00:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə