Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Komissiyasının rəhbəri İsveçin NATO üzvlüyündən imtina etməsi ehtimalını qiymətləndirib

İsveçdə hakimiyyətin sağ partiyalar koalisiyasına keçməsi Stokholmun NATO-ya üzv olmaq qərarına təsir etməyəcək. Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen CNN-ə müsahibəsində İsveçin alyansa qoşul­maqdan imtina etməsi ehtimalını dəyərləndirib: “Qətiyyən. Bu, İsveç xalqının açıq arzusudur. Mən tam əminəm ki, bu məsələ irəli gedəcək”.

Ursula Fon der Lyayen İsveçdə sağ-liberal blokun və İtaliyada sağ-mərkəzçi koalisiyanın seçkilərdə qalib gəlməsinin Avropa İttifaqının Ukraynaya verdiyi dəstəyin həcminə təsir etməyəcəyinə də diqqət çəkib.

İyun ayında NATO liderləri Brüsseldə keçirilən sammitdə Finlandiyanı və İsveçi alyansa qoşulmağa rəsmən dəvət ediblər. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansın 30 ölkəsindən 24-ü Finlandiya və İsveçin bloka qəbulu haqqında protokolu artıq ratifikasiya edib. Eyni zamanda, o etiraf edib ki, hərbi blokda hələ də iki yeni üzvün qəbulu ilə bağlı fikir ayrılıqları var.

“Xalq qəzeti”

23 Sentyabr 2022 00:49 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə