Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti Azərbaycanda

Türkiyənin nüfuzlu həmkarlar ittifaqlarından olan KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Nümayəndə heyəti Fəxri xiyaban­da ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Akade­mik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanın­mış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb. Qonaqlar Şəhidlər xiyabanını və 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət ediblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri, milli məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, iki ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub, təşkil olunan qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq əlaqələri daha da möhkəmlənib. Dövlətimizin başçısı cənab İlham Əliyev prezident seçildikdən sonra da Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin mühüm tərəfini təşkil edir. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da dərinləşməsinə, xalqlarımızın yaxınlaşmasına səbəb olub.

Azərbaycan həmkarlar ittifaqla­rının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasın­da əlaqələr gündən-günə güclənir, hərtərəfli təcrübə mübadilələri aparılır, əməkdaşlığa dair müxtəlif sənədlər imzalanır. S.Möhbalıyev əminliyini ifadə edib ki, əlaqələrimiz bundan sonra da genişlənəcək və inkişaf edəcək.

Səmimi qəbula görə təşəkkür edən KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçi Azərbaycan--Türkiyə münasibətlərinin bütün dünyaya nümunəvi səviyyədə oldu­ğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın qazan­dığı Zəfər bütövlükdə Türk dünyasının parlaq qələbəsidir. Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları ara­sında əlaqələrdən danışan qonaq bu münasibətlərin günü-gündən inkişaf et­diyini, təşkil olunan qarşılıqlı səfərlərin, aparılan təcrübə mübadilələrinin əməkdaşlığın dərinləşməsinə səbəb olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.

Görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

R.TAHİR,

“Xalq qəzeti”

23 Sentyabr 2022 00:10 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə