Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan jurnalistlərinin ali məclisi media islahatlarına yeni yön və məzmun verəcək

Azərbaycan mediasının həyatında yeni önəmli hadisə olan Jurnalistlərini VIII Qurultayına hazırlıq işləri başa çatmaq üzrədir. Qurultayın keçirilməsi üzrə təşkilat komitəsinin növbəti iclasında media təmsilçilərinin qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı sualları cavablandırılıb, AMŞ İdarə Heyətinə namizədlərin və qurultay nümayəndələrinin siyahıları dəqiqləşdirilib.

Bildirilib ki, məclisin işini işıq­landıran jurnalistlərin sərbəst fəaliyyətlərinin təmin edilməsi üçün qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. KİV-lər bununla bağlı [email protected] e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adla­rı qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya re­sursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.

AMŞ İdarə Heyətinə namizədlərin siyahısı ilə bağlı təşkilat komitəsi ye­kun seçki bülleteninə ən çox səs top­lamış 46 namizədin adını daxil edib. Xatırladaq ki, qurultayda AMŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir.

İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sent­yabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcək.

Bildirilib ki, Azərbaycan Jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaq.

Qurultayda yeni mərhələdə uğurla davam etdirilən və dərinləşən isla­hatlar şəraitində Azərbaycan media­sının əldə etdiyi tarixi uğurlara nəzər salınacaq, milli jurnalistikamızın çağdaş çağırışları vaxtında və yüksək səviyyədə cavablandırmaqla bağlı önəmli vəzifələri müəyyənləşdiriləcək. Qurultayqabağı müzakirələrdə, eləcə də builki milli jurnalistika günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilmiş Beynəlxalq Media Forumunda bildirilmişdir ki, çağdaş dünyada medianın texnoloji bazası­nın sürətlə müasirləşməsi, internetin geniş yayılması dünya mediasında olduğu kimi, Azərbaycan jurnalisti­kasında da yeni dövrün tələblərinin təxirəsalınmadan cavablandırılmasını tələb edir. Elektron medianın geniş yayılması, “sosial media” deyilən şəbəkənin yaratdığı problemlərlə yanaşı, onun danılmaz gerçəkliyə çevrilməsi ənənəvi jurnalistikanı çətin imtahan qarşısında qoymuşdur.

Ölkəmizdə qısa müddətdə bu zəruri yeniləşməni təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub­likasında media sahəsində isla-hatların dərinləşməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Medi­anın İnkişafı Agentliyi” publik hüquqi şəxsinin yaradılmış, “Media haqqın­da yeni qanun qəbul edilmişdir. Son dövrdə ölkəmizdə aparılan hərtərəfli, dərin islahatların davamı olaraq atılan bu addımlar demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmağa xidmət edir.

Azərbaycan jurnalistikasının tarixində yeni mərhələyə start ver­miş qeyd edilən tarixi fərmanda Azərbaycan dövlətinin media siyasətinin bu vaxtadək əldə edilmiş uğurlarına nəzər salınaraq bildirilir ki, müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə demokratik cəmiyyət quru­culuğu prosesi çevrəsində müasir me­dianın formalaşması və inkişafı üçün geniş imkanlar yaradılmışdır: “Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, media­nın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğula­dığı kimi, söz və informasiya azad­lığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir: “Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”. Ölkə rəhbərliyinin həyata keçirdi­yi zəruri tədbirlər, KİV-in davamlı inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ötən illərdə milli jurnalistikamız önəmli inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdı­rılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Bunlarla yanaşı, cəmiyyətin hər bir sahəsini əhatə edən köklü isla­hatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommuni­kasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu çağdaş dövrdə ölkənin KİV sferasında da yeniləşmə və təkmilləşməyə tələbat yaranmışdır. Beynəlxalq informasiya mühitinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ehtiyac duyulur.

Dəfələrlə yüksək səviyyədə bəyan edildiyi kimi, ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qar­şısında yeni vəzifələr durur. Milli mediamızın şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, xalqın obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə zəruri və əsaslı islahatlar uğurla davam etdirilir.

Demokratik cəmiyyətdə Azərbaycan mediasının özünütənzimləmə və özünüidarəetmə qurumu kimi yaradılmış və 20 ildir ki, uğurla fəaliyyət göstərən Azərbaycan Mətbuat Şurası da KİV sahəsində apa­rılan islahatların düzgün və səmərəli surətdə gerçəkləşdirilməsində fəal iştirak edir. AMŞ-nin rəhbərliyi və təşkilatçılığı ilə hazırlanan Azərbaycan jurnalistlərinin ali məclisi media islatat­larına yeni yön və məzmun verəcək. İnanırıq ki, ölkə jurnalistlərinin növbəti ali məclisində müzakirə ediləcək önəmli məsələlər və qəbul ediləcək qərarlar milli jurnalistikamızın qarşı­dakı dövrdə uğurlu fəaliyyətini təmin edəcək.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

23 Sentyabr 2022 00:32 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə