Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Goranboy: “Şəhid valideynlərinin kədəri xalqın kədəridir...”

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər məsul şəxsləri ilə birlikdə Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmış və müalicə aldığı Mərkəzi Hərbi Klinik Hospitalda vəfat etmiş Şəfəq kənd sakini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin XTQ mənsublu giziri, şəhid Qurbanov Yusif Asif oğlunun 3 mərasimində iştirak etmişdir.

Dünən isə rayon rəhbərliyi Şəhidlərimiz- Qızılhacılı qəsəbəsində Məmmədov Səfiyar Elşən oğlunun və Qaradağlı kəndində isə İmamquli­yev Ümid Vüqar oğlunun 7 mərasimlərində iştirak etmişdir.

Məhərrəm Quliyev Şəhidlərin yaxınlarına bir daha başsağlığı vermiş və demişdir ki, bu kədər təkcə onların kədəri de­yil, Azərbaycan xalqının kədəridir: “Siz başınızı dik tutmalısınız. Çünki buna haq­qınız var. Bu məğrurluğu sizə övladlarınız bəxş edib. Onlar müqəddəs amal uğrunda canlarından keçiblər. Ali Baş Komandan, cənab Preziden­timiz İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbəyə nail olmuşuq. Fəxr etməlisiniz ki, bu qələbədə sizin övladlarını­zın da payı var!”.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

23 Sentyabr 2022 00:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə