Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il dünyada 45 jurnalist qətlə yetirilib

2021-ci ildə dünyanın müxtəlif ölkələrində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. Beynəlxalq Jurnalistlər Federasiyasının (İJF) yaydığı hesabatda qeyd edilir ki, həlak olan jurnalistlərdən 33-ü birbaşa hücum zamanı qətlə yetirilib. O cümlədən, Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avropada 6 jurnalist öldürülüb.

O da diqqətə çatdırılır ki, 2021-ci ildə Əfqanıstanda 9 jurnalist qətlə yetirilib ki, bu dəhşətli göstərici Əfqanıstanı media nümayəndələri üçün ən təhlükəli ölkə edib. Jurnalistlərin ən çox qətlə yetirildiyi digər ölkələr Meksika (8), Hindistan (4), Pakistan (3) olub. Bundan başqa ötən il Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avro­pada 6 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub. Yaxın Şərq və Ərəb ölkələrində isə 1 jurnalist qətlə yetirilib.

Bir fakt da qeyd olunub ki, ümumiyyətlə son illər jurnalistlər üçün silahlı münaqişələrdən qaynaqlanan risklər azalsa da, cinayətkar dəstələr və Meksikada geniş yayılmış narkotik kartelləri ilə bağlı təhdidlər qalmaqdadır və bunlar jurnalistlərə qarşı törədilmiş hücumların böyük əksəriyyətini təşkil edir.

İJF-in hesablamalarına görə, 2020-ci ildə 65 jurnalist qətlə yetirilib. Məlumat üçün deyək ki, təşkilatın dünyanın 145 ölkəsindən 600 mindən çox jurnalist üzvü var. Ən son məlumata görə, 2022- ci ilin avqustunadək dünyada təxminən 33 media nümayəndəsi həlak olub. Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko isə ölkəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayandan indiyədək yerli media mənsubları da daxil olmaqla, müxtəlif ölkələrdən 8 jurnalistin həlak olduğunu, onlardan bəzilərinin birbaşa vəzifə borcunu yerinə yetirərkən, qalanlarının isə hərbi əməliyyatlar nəticəsində öldürüldüyünü bəyan edib: "Müharibə ərzində biz çox itkilər vermişik. Bu gün jurnalist olmaq həqiqəti bütün dünyaya çatdırmaq üçün canını verməyə hazır olmaqdır. Bütün ölkəmiz kimi mən də ədalət carçılarına sonsuz minnətdaram”, -deyə vurğulayıb.

Xatırladaq ki, ötən il iyunun 4-də Azərbaycan Televiziyasının teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov peşə borcunu yerinə yetirmək məqsədi ilə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndinə gedərkən ermənilərin yola yerləşdirdiyi minaya düşərək həlak olublar.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

22 Sentyabr 2022 23:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə