Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əş-Şabab”ın 27 yaraqlısı zərərsizləşdirilib

ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) Somalidə həyata keçirilən hava hücumu zamanı “Əş-Şabab” silahlı qruplaşmasının 27 üzvünü zərərsizləşdirib. Bu barədə “Anadolu” informasiya agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, ABŞ son aylarda Somaliyə xüsusi təyinatlı bölmələr yerləşdirib və bu ölkədə “Əş-Şabab” terror təşkilatına qarşı hava hücumlarını davam etdirir.

Məlumatda deyilir: “ABŞ-ın Af­rika Komandanlığı Somali federal hökumətinin müraciəti ilə Buulobard şəhəri yaxınlığında Somali Milli Or­dusunun qüvvələrinə hücum edən “Əş-Şabab” terrorçularına qarşı hava hücumları təşkil edib. Hava hücumu nəticəsində 27 terrorçu öldürülüb. Heç bir mülki şəxs xəsarət almayıb”.

“Bu, Somali Keçid Missiyası və Afrika İttifaqının son beş ildə həyata keçirdiyi ən böyük hücum əməliyyatıdır”, -deyə məlumatda bildirilir.

“Əş-Şаbab” terror təşkilatı Somalidə təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı sistemli şəkildə hücumlar təşkil edir.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

22 Sentyabr 2022 23:17 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə