Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Kanada

120 avtomobil hərraca çıxarılıb

“RM Sotheby's” hərrac evi 120 ədəd klassik avtomobili satışa çıxarıb. Bildiri­lir ki, hərrac sent­yabrın 24-də baş tutacaq. İş adamına məxsus kolleksi­yanın 20 milyon dollara satılacağı gözlənilir. Satışa çıxarılan eksponatlar arasında “Maserati 3500 GT Spyder” (1960), “Porsche 356 A 1600 Speedster” (1956), 60 yaşlı “Mercedes-Benz 300 SL Roadster”, “Ferrari 330 GTC” (1967) və “GTSno Roadster” (1974) var.

Xəbəri “Autonews” verib.

Çin

Ölüm hökmü

Çinin Çançun şəhər xalq məhkəməsi sabiq ədliyyə naziri Fu Cenhua haqqında ölüm hökmü çıxarıb. Məhkəmənin belə bir qərar çıxarmasına onun törətdiyi korrup­siya əməlləri səbəb olub. O, karyerası boyunca müxtəlif yüksək vəzifələrdə fəaliyyət göstərib– ölkənin daxili işlər nazirinin müavini, həmçinin Pekinin polis rəisi vəzifəsində çalışıb. Qeyd edilir ki, ölüm hökmü 2 ildən sonra icra olunacaq.

Məlumatı “Sinxua” yayıb.

Böyük Britaniya

Son 37 ildə ən aşağı göstərici

Böyük Britaniyanın milli valyutası olan funt-sterlinqin dollar qarşısında məzənnəsi zəifləməyə davam edir. Bildirilir ki, birjalarda 1 funt-sterlinq 1,1296 dollara qədər enib. Qeyd edilir ki, bu, 1985-ci ildən bəri ən aşağı göstəricidir.

Qeyd edilir ki, Britaniya valyutasının ucuzlaşması ABŞ-da FED-in uçot dərəcəsini artması fonunda baş verib.

Xəbəri “The Times” verib.

Almaniya

Enerji böhranı

Avropa ölkələrində enerji qiymətlərinin artması bir sıra şirkətləri öz istehsal müəssisələrini ucuz enerji və işçi qüvvəsi olan dövlətlərə köçürməyə sövq edir. Bu barədə Almaniya KİV-i məlumat yayıb. Bildirilir ki, artıq Almaniyadakı alüminium zavodlarının sahibləri bu barədə düşünməyə başlayıblar. Qeyd edi­lir ki, enerji böhranının aradan qaldırılması yolları yaxın müddətdə tapılmasa, tezliklə ölkədə bircə alüminium zavo­du da qalmayacaq.

Xəbəri “Şpigel” verib.

İsveçrə

Yeni turnir yaradılır

UEFA avrokubok­ların qaliblərinin və MLS (ABŞ çempi­onatı) klublarının iştirak edəcəyi yeni turnir yaratmaq istəyir. UEFA Çempi­onlar Liqası, Avropa Liqası və Konfrans Liqası qaliblərinin oynayacağı Avropa Superkubokunu əvəz edəcək yeni tur­nirin yaradılması ideyasını nəzərdən keçirir. Hazırda yeni turnirin təşkili ilə bağlı danışıqlar aparılır.

Yeni turnirdə dörd yarışın iştirakçılarının - Çempion­lar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibləri, həmçinin MLS-in qalibi olan komandanın iştirakı planlaş­dırılır.

Xəbəri “The Guardian” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

22 Sentyabr 2022 23:02 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə