Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat” ilə Microsoft Azərbaycan şirkətinin nümayəndəliyi arasında görüş keçirilib

“Azəristiliktəchizat” ASC ilə Microsoft Azərbaycan şirkətinin nümayəndəliyi arasında görüş keçirilib.

ASC-dən verilən məlumata görə, görüşün əsas məqsədi qurumlar arasında faydalı əməkdaşlıq imkanlarının müzakirəsi və müəyyən edilməsidir. Rəhbər şəxslər müasir rəqəmsallaşma texnologiyalarının tətbiqi, dataların toplanması və vizuallaşdırılması, rəqəmsallaşma texnologiyalarından istifadə edilməklə idarəetmənin effektivliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıb. Habelə, İKT sahəsi üzrə təlim və kibertəhlükəsizlik məsələləri, müəssisənin ekoloji təsirinin azaldılması və ölçülməsi üzrə müasir texnologialar kimi sahələrdə yeni trendlər və əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, əməkdaşlığın praktik əsaslarının yaradılması və bu məqsədlə görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

22 Sentyabr 2022 21:20 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə