Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş müfəttişlərə ilk yardım təlimi keçirilib

Sentyabrın 22-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin Mərkəz Ərazi baş müfəttişi Hüseyn Qasımov tərəfindən Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Hava Limanı gömrük sərhəd buraxılış məntəqəsinin baş müfəttişləri və Şimal Ərazi baş müfəttişi Müşfiq Qəhrəmanov tərəfindən “Samur” gömrük sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən baş müfəttişlər üçün “Təməl Həyata Dəstək” ilk yardım təlimi keçirilib.

Komitədən verilən məlumata görə, təlimin əsas mövzusu hadisə yerinin qiymətləndirilməsi, təhlükəsizliyin təminatı, CPR və ya ürək-ağciyər canlandırılması, sarğıların düzgün qoyulması, AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə qaydaları olub. Təlim kursunu bitirdikdən sonra təlim iştirakçıları BLS sertifikatını əldə etməklə, hadisə yerinə təcili tibbi yardım briqadası gələnədək xəstə və ya travma almış şəxsə həyati vacib ilk yardım tədbirlərinin görülməsi üçün baza bilik və bacarıqlarını mənimsəyiblər. Xatırladaq ki, bu kimi təlimlər mütəmadi olaraq bütün gömrük sərhəd buraxılış məntəqəsində həyata keçirilir.

22 Sentyabr 2022 21:08 -

Köhnə versiyamızdan xəbərləri izlə