Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Şərqi Avropa bazarına münasib qiymətə elektrik enerjisi sata bilər

Azərbaycan Gürcüstan enerjisistemini Rumıniya və Avropa enerjisisteminə birləşdirməklə Şərqi Avropa bazarının münasib qiymətə elektrik enerjisinə çıxışına töhfə verəcək.

  Energetika Nazirliyindən verilən məlumata görə, bu fikirlər Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika naziri Virgil Daniel Popesku arasında keçirilən görüş zamanı səslənib.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində təbii qazın tədarükü və “yaşıl enerji”nin Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi kimi enerji əməkdaşlığımızın prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İşçi Qrupunun fəaliyyəti və layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Layihənin Gürcüstan enerjisistemini Rumıniya və Avropa enerjisisteminə birləşdirməklə Şərqi Avropa bazarının münasib qiymətə elektrik enerjisinə çıxışına töhfə verəcəyi bildirilib.

Həm Cənub Qaz Dəhlizi, həm də “yaşıl” enerji dəhlizi ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığına strateji əhəmiyyət qazandıracağı qeyd edilib.

Görüşdə Rumıniyanın uzun illərdir Azərbaycanla xam neft, neft və neft-kimya məhsulları üzrə əməkdaşlığından məmnunluq ifadə edilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyanın 26 regionunda 68 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti faydalı ikitərəfli enerji əlaqələrinin göstərici kimi dəyərləndirilib.

22 Sentyabr 2022 19:37 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə