Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax abonentlərinin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib

Qaz sayğacı qonşu küçədə yerləşir. Bu səbəbdən bir neçə dəfə sayğaca kənar müdaxilələr edilib. Xahiş edirəm sayğacın yerinin dəyişdirilməsində mənə köməklik göstərəsiniz.

“Azəriqaz” İB-dən "Xalq qəzeti"nə bildirilib ki, bu müraciətlə Qax rayonu İlya Çalçavadze küçəsinin sakini “Azəriqaz”ın “Açıq mikrofon” aksiyasında çıxış edib. O, həmçinin fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini də istəyib. Qonşu küçələrə qaz xəttinin çəkildiyini deyən sakinlər tezliklə öz küçələrinin də qazlaşdırılması ümidi ilə müraciət ünvanlayıblar. Azadlıq küçəsindəki yeni yaşayış massivinin qazlaşdırılması da qeyd edilib. “Açıq mikrofon” aksiyasında ümumilikdə 9 müraciət dinlənilib.

Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən abonentlərin qarşılaşdığı problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.

22 Sentyabr 2022 16:41 - CƏMİYYƏT
CƏMİYYƏT
1 Oktyabr 2022 | 14:16
DSX-nin aylıq hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə