Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki ölkənin müvafiq qurumları əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) Özbəkistan Res­publikasının İnnovativ İnkişaf Nazir­liyinin icraçı aparatı, həmin nazirlik yanında İnnovasiyaların Tətbiqi və Texnologiyaların Transferi milli ofisi, Yaşnabad İnnovasiya Texnoparkı, Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondundan olan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd Özbəkistanın müvafiq qurum­ları ilə mübadilə proqramlarının təşkil edilməsi, gənc tədqiqatçıların təcrübə keçmələri üçün imkanlar yaradılması və qısamüddətli qarşılıqlı kadr mübadiləsinin aparılması istiqamətində birgə əməkdaşlıq əlaqələrinin qurulması olub.

Qonaqları salamlayan EİF-in icraçı direktoru Mehriban İmanova rəhbərlik et­diyi qurumda son illərdə görülən işlər, icra olunan layihələr haqqında ətraflı məlumat verib. O, Özbəkistanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkənin elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması baxımından yeni üfüqlər açacağına və birgə əməkdaşlığın yüksək səmərə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasi­yaların Dəstəklənməsi Fondunun şöbə müdiri Muhsinbek Jurabekov əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat, eks­perimental-konstruktor və innovasiya layihələrinin maliyyələşdirilməsinin plan­laşdırıldığını qeyd edib.

Bildirib ki, Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu Azərbaycanda elm, təhsil, texnologiyalar və innovasiyalar sahəsində qarşılıqlı əməkdaşlıq münasibətlərini inkişaf etdirmək və dəstəkləməyi qarşıya məqsəd qoyub. O, həmçinin iki qurum arasında sonrakı dostluq münasibətlərinin, təcrübə mübadiləsinin möhkəmləndirilməsi və inkişafının zəruriliyinə toxunub.

Vurğulanıb ki, Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu EİF ilə təşkilatlara forumlar, seminarlar, konfranslar, “dəyirmi masalar” və brifinqlərin keçirilməsində kömək edəəcək, qarşılıqlı maraq do­ğuran digər məsələlərdə birgə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, 6 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Res­publikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində təcrübə keçəcəklər.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

22 Sentyabr 2022 00:28 - ELM
ELM
5 Noyabr 2022 | 02:11
12 yaşlı “Eynşteyn”

Köhnə versiyamızdan xəbərləri izlə