Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıq sortlarının müqayisəli qiymətləndirilməsinə dair müzakirələr aparılıb

Sentyabrın 19-da Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində Genetik Ehtiyatlar İnstitutunun (GEİ) təşkilatçılığı ilə “Respublikanın müxtəlif torpaq-iqlim şəraitində pambıq sortlarının müqayisəli qiymətləndirilməsi və genetik kolleksiyanın zənginləşdirilməsi” mövzusunda seminar keçirilib.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə pambıqçılıqla məşğul olan mütəxəssislər, alimlər, beynəlxalq şirkətlərin nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri və pambıqçı fermerlər iştrak ediblər.

Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.

Seminarda GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək institutda mədəni bitkilərin və onların yabanı əcdadlarının, o cümlədən yabanı bitki genetik ehtiyatlarının müxtəlif amillər üzrə qiymətləndirilməsinin aparıldığını, bitkilərin genofondunun zənginləşdirilməsinin həyata keçirildiyini, müəssisədə fundamental elmi tədqiqatlarla yanaşı, həm də tətbiqi istiqamətdə işlərin görüldüyünü, təcrübə stansiyalarında müxtəlif mədəni bitki sort və formaların seleksiya əhəmiyyətinin, genetik polimorfizminin tədqiqinin həyata keçirildiyini bildirib. Qeyd edib ki, respublikamızın müxtəlif torpaq-iqlim şəraitində strateji texniki bitki olan pambığın yerli və introduksiya olunmuş sortlarının uyğunlaşma qabiliyyətinin öyrənilməsi, qiymətli genotiplərin gələcək seleksiya proqramlarına cəlb olunması məqsədilə müqayisəli tədqiqi 3 bölgədə - Salyan, Ağdaş və Zərdab rayonlarında müvafiq ixtisaslaşmış təsərrüfatlarda aparılıb.

Zeynal Əkpərov bildirib ki, Salyanda keçirilən tarla seminarının məqsədi elmi tədqiqatların nəticələrinin istehsalata tətbiqinin səmərəliliyinin təşviq olunması ilə yanaşı, həm də əldə olunmuş göstəricilərin praktik olaraq fermerlərə nümayiş etdirilməsi və onların məlumatlandırılmasıdır.

Daha sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, a.e.ü.f.d. İmran Cümşüdov “Pambıqçılıqda mövcüd vəziyyət və prespektivlər”, GEİ-nin şöbə müdiri, b.ü.f.d., dosent Ruhəngiz Məmmədova “Yeni pambıq sortlarının yaradılması, sınaqlarının keçirilməsi və toxumçuluğu”, Almaniyanın BASF şirkətinin Azərbaycanda yeganə distributoru “Ema” şirkətinin təmsilçisi Ali Deger, İsrailin “Govan seed Co” və “Hazera Seeds” şirkətlərinin distributoru “Segula” şirkətinin təmsilçiləri Ervin Zeynallı və Bayisa Gemenchu Debel, Türkiyənin “May Agro Tohumculuk” şirkətinin Azərbaycan təmsilçisi Şahin Əliyev, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun şöbə müdiri, prof. Ələddin Tağıyev müvafiq təqdimatlarla çıxış ediblər.

Hər bir mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Müzakirələrin sonunda GEİ-nin baş meneceri, b.ü.f.d. Rafail Mahmudov ölkədə pambıqçılığın inkişaf etdirilməsi prespektivləri ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Tədbir iştirakçıları Salyan rayonunun Xalac kəndində pambıq sınaq əkini sahələrində sortların sahə qiymətləndirilməsini aparıblar. İsrailin “Hazera Seeds” və “Govan seed Co” şirkətinin “Akalpi”, “CS 1432 F1” hibridləri, Almaniyanın “BASF” şirkətinin Azərbaycandakı distributoru “EMA” şirkəti tərəfindən təqdim olunmuş “Fiona” sortu, Türkiyənin “Livagro” şirkətinin “Livzara” sortu, eləcə də “May Agro Tohumculuk” şirkəti tərəfindən təqdim olunmuş “May 455” pambıq sortları Genetik Ehtiyatlar İnstitutunun “Bayraqdar”, “Ağdaş-3” yaxşılaşdırılmış pambıq sortları ilə müqayisəli qiymətləndirilib.

21 Sentyabr 2022 17:44 - ELM
ELM
5 Noyabr 2022 | 02:11
12 yaşlı “Eynşteyn”

Köhnə versiyamızdan xəbərləri izlə