Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax rayonunun Qaxbaş kəndində uzunluğu 1 kilometrdən çox olan yol təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qax rayonunun Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin əsaslı yenidən qurulmasına başlayıb.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, 1,1 kilometr uzunluğa malik küçənin hərəkət hissəsinin eni 7 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində torpaq işləri, əks dolğu, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılır. Budan başqa 3 600 kvadratmetr yeni piyada səkilərinin inşası, uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi icra olunacaq.

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.

Ümumilikdə 8 100 kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Tikinti layihəsinin sonuncu mərhələsində yol birləşmələrinin təmiri, zəruri yol nişanlarının quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin, piyada zolaqlarının çəkilişi aparılacaq.

 

21 Sentyabr 2022 14:37 -

Köhnə versiyamızdan xəbərləri izlə