Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni təxribatçılarının Azərbaycan Ordusunun mövqeləri arasında basdırdığı minalar zərərsizləşdirilib

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-E minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

17 Sentyabr 2022 12:21 -

Köhnə versiyamızdan xəbərləri izlə