Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Snayper həddi" müsabiqəsinin açılış mərasimi keçirilib - FOTO

Avqustun 19-da İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi olub.

Bu barədə "Xalq qəzeti"nə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
İran İslam Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra  müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.
Çıxış edənlər “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıblar.
Vurğulanıb ki, bu cür müsabiqələrin keçirilməsi döyüş qabiliyyətinin və praktiki bacarıqların artırılması ilə yanaşı, həm də ölkələrarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
Qeyd edək ki, İran İslam Respublikasında keçirilən "Snayper həddi" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız  Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar ilə mübarizə aparırlar.

19 Avqust 2022 23:32 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə