Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Ukraynaya daha 775 milyon dollar “hərbi yardım” ayırmağı planlaşdırır

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi cümə günü bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya 775 milyon dollarlıq əlavə “hərbi yardım” paketini tezliklə elan edəcək.

“Birləşmiş Ştatlar Ukraynaya əlavə 775 milyon dollarlıq hərbi yardım paketi elan edəcək”, - Pentaqonun sözçüsü bildirib.

"Yardım ABŞ prezidenti Co Baydenin sərəncamının bir hissəsi kimi veriləcək", - agentlik məlumat verib.

Sözçü vurğulayıb ki, Bayden administrasiyasının başlanğıcından bu yana Ukrayna üçün ümumi təhlükəsizlik dəstəyi tədbirləri nəticədə 10,6 milyard dollara çatacaq.
 
Müdafiə rəsmisi əlavə edib ki, Birləşmiş Ştatlar Kiyevə 1500 tank əleyhinə “Tow” raketi, HARM antiradar raketi və 1000 "Javelin" tədarük edəcək.
 
"Xalq qəzeti"
 
 
20 Avqust 2022 03:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə